Vətən Müharibəsində qəhrəmancasına
döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin Anım Günü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
müvəqqəti məskunlaşmış xocalılar tərəfindən də dərin hörmət və ehtiramla yad edildi.
Anım Günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, rayon icra hakimiyyəti aparatının
üzvləri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasim iştirakçıları sonra Aşağı
Ağcakənd qəsəbəsinin girəcəyində salınmış Azərbaycan Bayrağı Meydanı önündə şəhidlərimizin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak etdilər.